Ordu.az xəbər verir ki, bunu Ermənistanın Respublika Naminə Partiyasının sədri Arman Babacanyan Aİ Şurasının qərarına, yəni Ermənistanda təxminən iki ilə yaxın müşahidə missiyasının yerləşdirilməsinə toxunarkən deyib.
Babacanyan hesab edir ki, Rusiyadan zərbələr bu cür dramatik qərarlardan sonra ölkə daxilindən gələcək.
“Rusiya bütün mümkün alçaq üsullara əl atıb. Rusiya ən azı iki il Azərbaycandan Ermənistana qarşı istifadə etmək perspektivindən məhrumdur. Aİ-nin qərarından sonra Rusiya Ermənistanı daxildən partlatmaq üçün bütün vasitələrdən istifadə edəcək. Köçəryan aysberqin görünən hissəsidir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az