"Aİ-nin qərarından sonra Rusiya Ermənistanı daxildən partlatmaq üçün bütün vasitələrdən istifadə edəcək" - Babacanyan

2023/01/df54g-1673860600.jpg
Oxunub: 180     12:15     25 Yanvar 2023    
"Deyə bilərik ki, Ermənistan strateji dönüş yaradıb".

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Respublika Naminə Partiyasının sədri Arman Babacanyan Aİ Şurasının qərarına, yəni Ermənistanda təxminən iki ilə yaxın müşahidə missiyasının yerləşdirilməsinə toxunarkən deyib.

Babacanyan hesab edir ki, Rusiyadan zərbələr bu cür dramatik qərarlardan sonra ölkə daxilindən gələcək.

“Rusiya bütün mümkün alçaq üsullara əl atıb. Rusiya ən azı iki il Azərbaycandan Ermənistana qarşı istifadə etmək perspektivindən məhrumdur. Aİ-nin qərarından sonra Rusiya Ermənistanı daxildən partlatmaq üçün bütün vasitələrdən istifadə edəcək. Köçəryan aysberqin görünən hissəsidir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin