Erməni ictimai xadim: "Biz dövlət quruculuğunda tamamilə səriştəsiz xalqıq"

2023/01/54-1674627814.jpg
Oxunub: 190     11:48     25 Yanvar 2023    
"Biz həddindən artıq siyasiləşmişik, cəmiyyət o qədər də yetkin deyil".

Ordu.az xəbər verir ki, erməni ictimai xadim, rejissor Edqar Bağdasaryan deyib.

Onun sözlərinə görə, bir-birinə damğa vurmaq, palçıq atmaq, palçıqlı suda balıq tutmaq siyasət deyil.

“Cəmiyyət informasiya axını qarşısında müdafiəsizdir. Məlumat sızması var, qadağa yoxdur, yaşla qurunu ayırmırıq. Biz dövlət quruculuğunda tamamilə səriştəsiz xalqıq. Biz elitanı necə formalaşdıracağımızı bilmirik. 30 il ərzində biz nüvə dövlətinə çevrilə bilərdik, amma etmədik. Ya öyrənirik, ya da millət olaraq məhv oluruq”, - deyə Bağdasaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin