Ordu.az xəbər verir ki, erməni ictimai xadim, rejissor Edqar Bağdasaryan deyib.
Onun sözlərinə görə, bir-birinə damğa vurmaq, palçıq atmaq, palçıqlı suda balıq tutmaq siyasət deyil.
“Cəmiyyət informasiya axını qarşısında müdafiəsizdir. Məlumat sızması var, qadağa yoxdur, yaşla qurunu ayırmırıq. Biz dövlət quruculuğunda tamamilə səriştəsiz xalqıq. Biz elitanı necə formalaşdıracağımızı bilmirik. 30 il ərzində biz nüvə dövlətinə çevrilə bilərdik, amma etmədik. Ya öyrənirik, ya da millət olaraq məhv oluruq”, - deyə Bağdasaryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az