"Orduda həll olunmamış problemlər çoxdur" - Köçəryan

2019/06/Andra-1561534180.jpg
Oxunub: 134     11:32     25 Yanvar 2023    
"Orduda həll olunmamış problemlər çoxdur, onlara məhəl qoymamaq və ya arxa plana keçirmək bənzər təzahürlərlə doludur".

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri, “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Andranik Köçəryan Göyçə vilayətinin Ağkilsə kəndində baş vermiş yanğın nəticəsində 15 erməni hərbi qulluqçunun ölməsi məsələsini şərh edərkən deyib.

Köçəryan bildirib ki, ötən gün Ermənistan Silahlı Qüvvələrinin 2-ci ordu hissəsinə baş çəkib, hadisənin bir sıra detalları ilə tanış olub.

“Məlumdur ki, yanğın olub, nəticədə ölənlərimiz və xəsarət alanlarımız var. Yanğının səbəblərini dərindən araşdırmaq üçün güc strukturlarına və ordu rəhbərliyinə ən azı bir günə bütün mənzərəni bərpa etməyi əmr etdim: sabahdan yanğın baş verən vaxta qədər və bundan sonra harada və hansı çatışmazlığın baş verdiyini anlayacağıq, çatışmazlıqlar isə ilk baxışdan göz qabağındadır. Nəinki yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb, ümumiyyətlə təhlükəsizliklə bağlı bir çox qaydalara əməl olunmayıb, münasibətlərdə, şəxsiyyətlərarası münasibətlərdə çoxlu problemlər var”, - deyə o qeyd edib.

Köçəryanın sözlərinə görə, yalnız ekspertiza nəticəsində onlar çatışmazlıqların səbəblərinin harada olduğunu aydın şəkildə anlaya biləcəklər.

Komissiya sədri zabitlər və əsgərlər arasında münasibətlərdəki problemlərə toxunaraq deyib: “Bunlar ordunun həllini tapmayan problemləridir, onların həllini tələb etmək üçün həm cəmiyyət, həm də ordunun şəxsi heyəti bu problemlərdə çox ardıcıl olmalıdır".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Böhran  


Bizi "telegram"da izləyin