Suqovuşandakı erməni hərbi hissə komandirinin müharibənin başlamasından xəbəri olub?

2022/05/Untit-1652870139.jpg
Oxunub: 220     11:15     25 Yanvar 2023    
İşğal dövründə Ermənistan ordusunun Suqovuşanda yerləşmiş hərbi hissəsinin komandiri Sevak Abrahamyanla bağlı cinayət işi məhkəmədədir.

Ordu.az xəbər verir ki, ilkin dinləmələr Zəngəzur vilayətinin ümumi yurisdiksiya məhkəməsində baş tutub.

Abrahamyanın vəkili Arman Tamrazyan bildirib ki, iş İrəvanın ümumi yurisdiksiya məhkəməsinə verilib, iclasın vaxtı hələ məlum deyil.

İttihamlara toxunan Tamrazyan qeyd edib ki, Abrahamyanın 44 günlük müharibədən bir gün əvvəl müharibənin başlayacağı barədə məlumatı olmayıb və ola da bilməzdi.

Abrahamyanın sentyabrın 26-da ziyafət təşkil etməsi ilə bağlı ittihamı şərh edən erməni vəkil bunun ordu komandiri və diviziya komandirinin məlumatı və icazəsi ilə baş verdiyini deyib.

“Bundan başqa, ziyafətdə diviziya komandiri də iştirak edib. Qeyd edim ki, ziyafət çox tez bitib”, - deyə o əlavə edib.

Qeyd edək ki, Sevak Abrahamyan 6 aydan çoxdur həbsdədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Suqovuşan  


Bizi "telegram"da izləyin