"Ermənistanın təhlükəsizliyini necə gücləndirəcəyi bəlli olmayacaq" - Aşotyan

2021/09/16713-1632560890.jpg
Oxunub: 196     10:53     25 Yanvar 2023    
"Aİ-nin yeni missiyasının əvvəlki missiyadan fərqli olaraq atəşkəs rejiminə nəzarət etməyəcəyi, onun hətta formal olaraq belə bir funksiyası olmayacağı məlum olsa, onun Azərbaycanın mümkün yeni əməliyyatının qarşısını necə alacağı və Ermənistanın təhlükəsizliyini necə gücləndirəcəyi bəlli olmayacaq".

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərarı təsdiqləyib.

"Bu, əlavə müzakirələr və təhlillər üçün fürsətdir, çünki əvvəlki oxşar missiyanın fəaliyyəti ilə bağlı bir çox vacib suallar cavabsız qalıb. Əvvəlki missiya hansı hesabatı verdi? Avropa Komissiyası həmin hesabatlar əsasında hansı konkret qərarlar qəbul edib? Atəşkəs rejiminin pozulmasına dair protokollar tərtib edilib, ya yox? Həmin hesabatlara əsasən Avropa Komissiyasının Azərbaycanla bağlı siyasəti necə dəyişib? Aİ-nin yeni missiyasının mandatının mətni diqqətəlayiqdir: “daimi patrul xidməti və Aİ-nin yerlərdə vəziyyətlə bağlı anlayışını artıracaq vəziyyətlə bağlı hesabatların göndərilməsi”. Göründüyü kimi, bu yeni missiyanın mandatında əvvəlki missiyanın mandatında olan atəşkəs rejiminə nəzarətin olub-olmadığı aydın deyil. Aİ-nin yeni missiyasının əvvəlki missiyadan fərqli olaraq atəşkəs rejiminə nəzarət etməyəcəyi, onun hətta formal olaraq belə bir funksiyası olmayacağı məlum olsa, onun Azərbaycanın mümkün yeni əməliyyatının qarşısını necə alacağı və Ermənistanın təhlükəsizliyini necə gücləndirəcəyi bəlli olmayacaq", - deyə Aşotyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin