Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Lurer" nəşri yazıb.
Nəşr bildirib ki, onlardan 6-sı barəsində həbs qətimkan tədbiri seçilib, digərləri barəsində isə ölkədən çıxışa qadağa qoyulub.
“Artıq qeyd olunan cinayət işlərindən 6-sı yekunlaşıb, onlar ittiham aktı ilə məhkəməyə göndərilib, digərlərinin ibtidai istintaqı davam edir”, - deyə Ermənistan İstintaq Komitəsinin nümayəndəsi Perts Ayvazyan bildirib.
Ayvazyan təqsirləndirilən şəxslərin ittihamlarına geniş açıqlama verməyib, lakin qeyd edib ki, bu, əsasən müharibə zamanı xidməti vəzifələrini yerinə yetirməmək, xidmətdən yayınmaq üçün vaxtında xidmət yerinə gəlməmək, hərbi xidmət qaydalarını pozmaq ilə bağlıdır.
Nəşr qeyd edib ki, ümumilikdə Ermənistan Silahlı Qüvvələrinin əməliyyatları ilə bağlı 22, Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatları ilə bağlı 24 icraat başlanılıb və onlar bir prosesdə araşdırılır.
“İlkin istintaq zamanı zərərçəkmiş şəxslərin yaxın qohumları da daxil olmaqla 600-dən çox şəxs müəyyən edilib və dindirilib. 1500-dən çox şahid dindirilib”, - deyə Ayvazyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az