Ermənistanın sabiq Müdafiə naziri həbs olunacaq?

2021/10/Seyra-1634205602.jpg
Oxunub: 248     10:17     25 Yanvar 2023    
Ermənistan Baş Prokurorluğu orduda baş verən yanğın hadisəsi mövzusunu o qədər yayındırıb ki, Seyran Ohanyanla bağlı parlamentə yarımçıq vəsatət təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

Nəşrə görə, vəsatətlərdən məlum olub ki, bunlar ictimaiyyətə məlum olmayan hallardır.

"Artsvik Minasyan onları təqdim edib: "Vəsatət tamamlanmayıb, prokurorluq 3 vəsatətdən danışırdı, ikisi bizə göndərilib, hazırda vəkillərin araşdırmasındadır. Söhbət "Doğaqorts" şirkətinin keçmiş avtomobil şinləri zavodunun ərazisinin, ikincisi Müdafiə Nazirliyinin tabeliyində olan 2 torpaq sahəsinin satışından gedir. Üçüncüsü haqqında heç bir fikrimiz yoxdur. Amma iddia edirik ki, bu, siyasi təqibdir, ordunun yaranmasında əməyi olan insanları, qəhrəmanları gözdən salmağa cəhd edilir".

Bizə onu da bildirdilər ki, fevralın 7-də prokuror nəinki Seyran Ohanyana qarşı cinayət təqibinin başlanmasını, həm də həbsdə saxlanması üçün icazə verilməsini təklif edəcək. Ötən gün prokuror həmçinin Armen Çarçyana qarşı cinayət təqibinin başlanması üçün parlamentə vəsatət təqdim edib. Artsvik Minasyan bildirib ki, Çarçyanla bağlı vəsatət hələ onlara gəlib çatmayıb, lakin, noyabrın 16-da yazdığımız kimi, vəsatətin əsasını Artur Sarkisyanın işi təşkil edir. Fraksiyadakı mənbələrimiz prokurorun parlamentə gəlməzdən əvvəl Çarçyanın mandatından imtina edəcəyini istisna etmir. Yeri gəlmişkən, uydurma cinayət işlərinə əsaslanaraq növbəti sırada İşxan Sağatelyan və Geğam Manukyanın ola biləcəyi barədə məlumatlar da var", - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Həbs  


Bizi "telegram"da izləyin