Bolqarıstan Prezidenti parlamenti buraxacaq

2023/01/sdf45-1672772502.jpg
Oxunub: 134     05:29     25 Yanvar 2023    
Bolqarıstan Prezidenti Rumen Radev 48-ci parlamentin buraxılması, yeni hökumətin təyin edilməsi və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fərmanlar imzalamaq niyyətində olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, dövlət başçısı bu barədə Bolqarıstan Milli Televiziyasının efirində açıqlama verib.

Radev qeyd edib ki, növbədənkənar seçkiləri aprelin 2-nə təyin etmək niyyətindədir.

Prezident Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə də görüşüb, onlarla növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazırlıq tarixlərini dəqiqləşdirib. O, əlavə edib ki, aprelin 2-nə qədər hər şey hazır olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan  


Bizi "telegram"da izləyin