Peru Prezidenti istefa üçün şərtini açıqlayıb

2022/12/1670476333.jpg
Oxunub: 135     04:35     25 Yanvar 2023    
Peru Prezidenti Dina Boluarte növbədənkənar seçkilərin tarixi təyin edildikdən sonra istefa verməyə hazır olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, siyasətçi bunu çərşənbə axşamı ölkə hökumətinin saytında yayımlanan mətbuat konfransı zamanı deyib.

"Siz, cənab konqresmenlər, səs verəndə və icra hakimiyyəti ümumi seçki təyin edəndə mən gedəcəyəm. Mən seçkilərin nəticələrinə uyğun olaraq müəyyən edilmiş müddətdən artıq Prezident postunda qalmaq istəmirəm və bu niyyətdə də deyiləm", - o deyib.

O, etirazçıların tələb etdiyi kimi, bu şərtlərə əməl olunmadan istefa verməyəcəyini vurğulayıb. Boluartenin fikrincə, bu inkişaf qaçaqmalçılıq və narkotik ticarəti kimi qeyri-qanuni fəaliyyətlərlə məşğul olan sektorlara üstünlük verəcək, "anarxiya və böhran" vəziyyətinə gətirib çıxaracaq.

2022-ci il dekabrın 7-də dövlət başçısı Pedro Kastilyonun vəzifəsindən kənarlaşdırılmasından sonra Peruda etirazlar baş qaldırıb. Onların iştirakçıları Boluartenin istefasını, parlamentin bağlanmasını və yeni seçkilərin keçirilməsini tələb edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peru   İstefa  


Bizi "telegram"da izləyin