Ordu.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder deyib.
"Bu, bizim birlikdə iştirak etdiyimiz ən böyük və ən əhəmiyyətli təlimdir, ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyinin sarsılmaz, davamlı olduğunu nümayiş etdirmək üçün nəzərdə tutulub", - o deyib.
"Həftə ərzində 140 təyyarə, 12 gəmi, HIMARS çoxsaylı buraxılış raket sistemləri cəlb olunacaq", - ABŞ hərbi qurumunun nümayəndəsi vurğulayıb.
Rayderdən bu təlimin ABŞ-ın İranın nüvə proqramı ilə bağlı mövqeyində hər hansı dəyişikliyi göstərib-göstərmədiyini soruşulub. "Onların məqsədi hər hansı bir düşmənə və ya təhlükəyə yönəlmək deyil, söhbət birlikdə işləməkdən gedir", - Pentaqonun sözçüsü cavab verib.
Ordu.az