Bu barədə
Ordu.az Ukrayna dövlət başçısının teleqram kanalına istinadən xəbər verir.
"Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında yüngül tanklarla təminata dair sıçrayışlı qərara və Ukraynanın müdafiə qabiliyyətini, xüsusən də ön cəbhənin hava hücumundan müdafiə sistemləri ilə daha da gücləndirdiyinə görə təşəkkür etdim. Həmçinin müharibəni dayandırmaq üçün diplomatik addımları müzakirə etdik. O vurğuladı ki, xüsusən Rusiyadan olan idmançıların Parisdəki Olimpiya Oyunlarında yer yoxdur", - Zelenski sosial şəbəkə hesabında yazıb.
Ordu.az