Norveç Ukraynaya “Leopard 2” tankları verə bilər

2023/01/1674472818.jpg
Oxunub: 131     01:05     25 Yanvar 2023    
Norveç hökuməti səkkiz ədəd “Leopard 2” tankını Ukraynaya təhvil verməyi nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə “Dagens Naeringsliv” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, ölkə hökuməti bu tankların yenilərinin alınması ilə bağlı qərar qəbul etməyi planlaşdırır.

Qeyd olunur ki, Norveçdə ümumilikdə 36 belə tank var.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Ukraynanı “Leopard 2A6” döyüş tankları ilə təmin etmək qərarına gəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Ukrayna  


Bizi "telegram"da izləyin