KTMT-nin Ermənistana göndəriləcək monitorinq missiyası üzərində iş davam edir

2023/01/sdfsd-1672909980.jpg
Oxunub: 263     21:54     24 Yanvar 2023    
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycanla sərhəddə Ermənistana göndəriləcək monitorinq missiyası üzərində işini davam etdirir.

Ordu.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə yanvarın 24-də KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-yə sorğu təqdim etdikdən sonra Kollektiv Təhlükəsizlik Şurası “Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” qərar layihəsi hazırlayıb.

Zaynetdinov bildirib ki, qərar Ermənistan-Azərbaycan sərhədinə KTMT-nin müvəqqəti monitorinq missiyasının göndərilməsini nəzərdə tutur, missiyanın mandatını və iş müddətlərini müəyyən edir. Layihə yüksək hazırlıq səviyyəsindədir, lakin bu sənədi KTMT XTK-nın sonuncu sessiyasında qəbul etmək mümkün olmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin