Çexiya “Leopard 2” tanklarını Kiyevə verməkdən imtina edib

2023/01/1674576196.jpg
Oxunub: 351     20:00     24 Yanvar 2023    
Çexiya Almaniyadan əldə edəcəyi “Leopard 2” tanklarını Kiyevə verməkdən imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala bildirib.

O qeyd edib ki, Çexiya Kiyevə tədarük etdiyi T-72 tankları müqabilində Almaniyadan əldə edəcəyi “Leopard 2” tanklarını Kiyevə verməyəcək.

Baş nazir vurğulayıb ki, ölkənin müdafiə qabiliyyətinin qoruması üçün Çexiya ordusunun özü bu tanklara ehtiyac duyur.

Qeyd edək ki, daha əvvəl Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti Çexiya və Slovakiyanın Ukraynanın xeyrinə alman “Leopard 2” tanklarından imtina edə biləcəyini yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Leopard  


Bizi "telegram"da izləyin