ABŞ İrana görə Çinə təzyiqi artırır

2020/04/15868-1586868426.jpg
Oxunub: 208     19:10     24 Yanvar 2023    
Çin İrandan qanunsuz olaraq böyük həcmdə neft almağa davam edərsə, ABŞ hakimiyyəti Pekinə təzyiqi artırmaq hüququnu özündə saxlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malliyə istinadən məlumat yayıb.

Çin və İran arasında ticarət əlaqələrinin genişləndirilməsi Vaşinqtonun respublikanın nüvə proqramını məhdudlaşdırmaq məqsədi ilə Tehrana qarşı yeni məhdudiyyətlər tətbiq etmək planlarına ziddir.

Bildirilib ki, ABŞ və İran arasında “Nüvə silahının yayılmaması haqqında” müqavilənin yenilənməsi ilə bağlı danışıqlar böyük ölçüdə uğursuzluqla nəticələnib: “Bu səbəbdən belə vəziyyətdən ən çox ehtimal olunan çıxış yolu Tehrana sanksiya təzyiqlərini artırmaq olacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   İran  


Bizi "telegram"da izləyin