KİV: 100 nəfərlik Aİ missiyası Naxçıvan da daxil olmaqla Azərbaycan-Ermənistan sərhədini tam əhatə edəcək

2022/10/1666090066.jpg
Oxunub: 1020     18:54     24 Yanvar 2023    
Ermənistanda yerləşdiriləcək Aİ-nin mülki missiyasını təxminən 100 nəfərdən ibarət olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin mülki missiyasına Ermənistan İctimai Televiziyasının göndərdiyi yazılı sorğuya cavabında bildirilib.

Missiyanın yaxın həftələrdə fəaliyyətə başlayacağı vurğulanıb.

Aİ-nin mülki missiyasının Ermənistanın bir neçə şəhərində yerləşdiriləcəyi, Naxçıvan da daxil olmaqla Azərbaycan-Ermənistan dövlət sərhədini tam əhatə edəcəyi əlavə edilib.

Qeyd edək ki, Ermənistanın istəyi əsasında Avropa İttifaqı Ermənistana, o cümlədən Ermənistan-Azərbaycan sərhədinə iki illik mülki missiya göndərilməsinə dair qərar qəbul edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Azərbaycan  


Bizi "telegram"da izləyin