"Putin yeni hücumlar planlaşdırır" - Stoltenberq

2023/01/1673429136.jpg
Oxunub: 5385     15:29     24 Yanvar 2023    
"Rusiya Prezidenti Vladimir Putin yeni hücumlar planlaşdırır və onun Ukraynaya nəzarət etmək məqsədini dəyişdirdiyinə dair heç bir əlamət yoxdur".

Ordu.az xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq Almaniya müdafiə naziri Boris Pistoriusla görüşündə deyib.

O bildirib ki, sülhün yeganə yolu Rusiyanın qalib gəlməsinin qarşısını almaqdır: "Müharibənin bu mühüm məqamında biz Ukraynaya daha ağır və daha təkmil silah sistemləri verməliyik və bunu daha tez etməliyik. Müttəfiqlər arasında müzakirələr davam edəcək".

Stoltenberq həmçinin Almaniyanın Ukraynaya hava hücumundan müdafiə sistemləri, zirehli texnikalar, artilleriya və sursatlar da daxil olmaqla, ən çox hərbi, maliyyə və humanitar yardım göstərən müttəfiqlər arasında olmasını təqdir edib.

"Almaniyadan gələn silahlar ukraynalıların həyatını xilas edir”, - NATO-nun Baş katibi əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya  


Bizi "telegram"da izləyin