Rusiya "Leopard"ların Kiyevə mümkün tədarükü ilə bağlı Almaniyaya xəbərdarlıq edib

2022/10/09f1e-1666261698.jpg
Oxunub: 443     14:24     24 Yanvar 2023    
“Leopard” tanklarının Ukraynaya təhvil verilməsi Rusiya Federasiyası ilə Almaniya arasında münasibətlərə yaxşı heç nə vəd etmir və istər-istəməz onların gələcək inkişafına təsir göstərəcək.

Ordu.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Bu cür tədarüklər münasibətlərin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Onlar, şübhəsiz ki, bu münasibətlərin gələcəyində qaçılmaz iz buraxacaqlar", - Putinin mətbuat katibi "Berlinin Kiyeva Leopard tanklarının tədarükünə icazə verəcəyi təqdirdə Rusiya-Almaniya münasibətlərinə hansı şəkildə təsir edəcək?" sualına cavabında vurğulayıb.

Peskovun sözlərinə görə, hazırda Rusiya Federasiyası ilə Almaniya arasında münasibətlər artıq kifayət qədər aşağı nöqtədədir. Kreml rəsmisi qeyd edib ki, Almaniya ilə, Avropa İttifaqının digər ölkələri və Şimali Atlantika Alyansı ilə heç bir substantiv dialoq müşahidə olunmur.

Qeyd edək ki, Berlində Almaniyanın müdafiə naziri Boris Pistorius ilə birgə mətbuat konfransında çıxış edən NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın “Leopard” tankları ilə bağlı qərarının tezliklə veriləcəyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Almaniya   Leopard  


Bizi "telegram"da izləyin