Polşa "Leopard"ların Ukraynaya göndərilməsi üçün Almaniyadan icazə istəyib

2022/06/Leopa-1654253399.jpg
Oxunub: 257     13:55     24 Yanvar 2023    
Polşa "Leopard" döyüş tanklarının Ukraynaya göndərilməsinə dair icazə üçün Almaniyaya müraciət göndərib.

Ordu.azxəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşzak bildirib.

“Artıq almanlar "Leopard 2" tanklarının Ukraynaya təhvil verilməsinə dair icazənin verilməsi ilə bağlı sorğumuzu alıb. Mən Almaniya tərəfinə müraciət edirəm ki, onlar da Ukraynaya "Leopard 2" tankları ilə dəstək verən ölkələrin koalisiyasına qoşulsun. Bu, bizim ümumi işimizdir, çünki söhbət bütün Avropanın təhlükəsizliyindən gedir!", - müdafiə naziri deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Leopard  


Bizi "telegram"da izləyin