Ukrayna Prezident Ofisi ölkədəki kadr islahatlarına münasibət bildirib

2022/03/62221-1646401688.jpg
Oxunub: 278     13:25     24 Yanvar 2023    
“Prezident Volodimir Zelenskinin kadr islahatları dövlətin əsas prioritetlərini göstərir”.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, hər kəs müharibə zamanı öz məsuliyyətini dərk etməlidir.

M.Podolyak bildirib ki, bu, ictimai tələbin nəticəsidir.

Qeyd edək ki, bu gün Ukrayna müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Vyaçeslav Şapovalov, Ukrayna Baş prokurorun müavini Aleksey Simonenko və Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko istefaya göndərilib.

Daha əvvəl isə Ukrayna Prezident Ofisinin müşaviri Oliksiy Arestoviç vəzifəsindən azad edilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin