Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" nəşri yazıb.
Nəşrə görə, məsələ ondadır ki, ötən gün Ermənistan baş prokuroru Anna Vardapetyan parlamentin sədrinə daha bir vəsatət təqdim edib.
"Bu dəfə prokuror "Hayastan" fraksiyasının deputatı Armen Çarçyana qarşı cinayət təqibinin başlanması ilə bağlı vəsatət təqdim edib. Yanvarın 20-də üç oxşar vəsatət üç epizodla keçmiş müdafiə naziri, "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyanla bağlı da verilib. Bundan başqa, məlum olub ki, eyni fraksiyanın deputatları İşxan Sağatelyan və Geğam Manukyan ilə bağlı vəsatətlər də olacaq. Bəs hakimiyyətin məqsədi nədir? Görünən odur ki, siyasi hakimiyyətin məqsədi ölkədə baş verən hadisələrə qarşı ictimaiyyətin diqqətini yayındırmaqdır. Məlum olduğu kimi, dekabrın 12-dən Laçın yolu bağlanıb və yanvarın 19-da Göyçə vilayətinin Ağkilsə icmasında baş verən faciəli hadisə ilə bir çox suallar cavabsız qalıb və beləliklə, görünür, hakimiyyət diqqəti yayındırır.
Məlum olduğu kimi, bütün təkliflər növbəti sessiyanın ilk iclası günü, indiki halda fevralın 7-də müzakirə edilməlidir. Gündəliyin digər vacib məsələlərini bir kənara qoyaraq həmin sessiyada yalnız bu müzakirə bir neçə saat davam edəcək. Qeyd edək ki, Armen Çarçyanın işi məşhur "Çörək Oğrusu"na, yəni Artur Sarkisyana aiddir və çox güman ki, iddia müddətinə görə ona xitam veriləcək. Geğam Manukyan ifadələrinə görə həbs oluna bilməz və Daşnaksütun ali orqanının nümayəndəsi olduğunu nəzərə alsaq, İşxan Sağatelyanın həbsi də siyasi hesab olunacaq və bu addım geniş əks-səda doğuracaq. Seyran Ohanyanın saxlanılması istəyi və qərarı olub, lakin siyasi hakimiyyət indiki mərhələdə onu saxlamamaq, yalnız cinayət təqibinin başlanması barədə vəsatət vermək qərarına gəlib.
Qeyd edək ki, əvvəlki hallarda prokurorluq konkret deputatla bağlı parlamentə vəsatət təqdim edərkən vəsatət iki hissədən ibarət idi, biri deputatın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilməklə toxunulmazlığından məhrum edilməsi barədə vəsatət idi, digəri isə onun azadlığından məhrum edilməsi üçün vəsatət idi. Bu, həm keçmiş deputatlar Manvel Qriqoryan, həm də Qaqik Tsarukyanla bağlı olub, indiki halda isə vəsatətlər yalnız toxunulmazlıqdan məhrum edilmədən bəhs edir ki, bu da deputatların həbs olunmayacağından xəbər verir. Bütün bunlar sadəcə olaraq xalqı məşğul etmək üçün bir şoudur", - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az