Britaniya kəşfiyyatı: Rusiya Hava-Desant Qüvvələrinin komandanı vəzifəsindən azad edilib

2023/01/1674547727.jpg
Oxunub: 272     12:07     24 Yanvar 2023    
Rusiya Hava-Desant Qüvvələrinin komandanı, general-polkovnik Mixail Teplinski vəzifəsindən azad edilib.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Britaniya kəşfiyyatının yeni hesabatında dərc edilib.

Kəşfiyyat həmçinin bu qərarın verilməsinin Rusiya ali hərbi rəhbərliyində fikir ayrılıqlarının davam etməsi əlaməti olduğunu qeyd edir.

Teplinski Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əsas əməliyyat komandirlərindən biri idi və Dnepr çayının qərbindən qoşun bölmələrinin uğurla çıxarılmasında da iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Britaniya  


Bizi "telegram"da izləyin