Azərbaycan icması “Der Spiegel” jurnalından Qarabağla bağlı dezinformasiya yaymamağı tələb edib

2023/01/1674543335.jpg
Oxunub: 195     10:55     24 Yanvar 2023    
Almaniyada fəaliyyət göstərən Azərbaycan icması “Der Spiegel” jurnalına etirazını bildirib.

Bremen Azərbaycan Mədəniyyət Evinin adından jurnalın redaksiyasına ünvanlanan məktubda bildirilib ki, Almaniyada yaşayan Azərbaycan icması nəşrin xəbər portalında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağla bağlı separatist yönümlü, birtərəfli, yalan reportajların yayılmasından narahatlıq keçirir.

Qeyd edilib ki, jurnalın “Səkkiz milyard” podkastında ölkəmizlə bağlı deyilənlər press-kodun 2-ci və 3-cü bəndlərinə ziddir. Çünki şifahi məlumat həqiqətə uyğun deyil, müsahibə dəqiqləşdirilməmiş, qərəzli və şəxsi fikirlərə əsaslanıb, Qarabağla bağlı faktlar təhrif edilib və dərc olunub.

Soydaşlarımız redaksiya heyətini jurnalistikanın etik standartlarına əməl etməyə və jurnalist neytrallığını qoruyub saxlamağa çağırıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Almaniya  


Bizi "telegram"da izləyin