"Yaxın saatlarda “Leopard 2” tanklarının Ukraynaya göndərilməsi ilə bağlı xəbər gələ bilər" - Prays

2022/06/Leopa-1654253399.jpg
Oxunub: 436     00:20     24 Yanvar 2023    
“Leopard 2” tanklarının Ukraynaya göndərilməsi ilə bağlı xəbər Almaniyadan yaxın günlərdə, hətta bu saatlarda gələ bilər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

"Bunlar Almaniya və Polşa rəsmilərinə verləcək suallardır. Ümumyyətlə bütün müttəfiqlərimizlə müzakirə edilməli məsələdir. Yaranan xəbərləri nəzərə alaraq, hiss edirəm ki, yaxın saatlarda və ya günlərdə Almaniyadan bununla bağlı xəbərlər eşidəcəyik", - deyə Prays qeyd edib.

Ağ Evin nümayəndəsi bildirib ki, Qərb ölkələri arasında Ukraynanı silahla təmin etmək məsələsində ayrıseçkilik yoxdur.

Onun sözlərinə görə zirehli texnikaların Ukrayanaya göndərilməsi bu ölkənin müstəqilliyinin şübhə altına alınması anlamına gəlməməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leopard-2   Ukrayna  


Bizi "telegram"da izləyin