Almaniya FCAS döyüş təyyarəsi üçün 40 milyard avro büdcə ayıracaq

2018/08/456_1533112099.jpg
Oxunub: 327     16:27     23 Yanvar 2023    
Almaniya hökuməti Avropanın Yeni Nəsil Döyüş Təyyarəsi Proqramı (FCAS) üçün 2040-cı ilə qədər təxminən 40 milyard avro (43,2 milyard dollar) büdcə ayıracaq.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.

Nəşrin məlumatına görə, Almaniya kansleri Olaf Şolts ilə Fransa prezidenti Emmanuel Makron arasında yanvarın 22-də Parisdə keçirilən görüşdə FCAS layihəsi də müzakirə olunub.

Fransa, Almaniya və İspaniya Fransanın “Rafale”, Almaniyanın və İspaniyanın “Eurofighter”lərini əvəz etmək üçün FCAS layihəsi üzərində işləyirlər. Çoxmillətli, çoxşirkətli layihəyə 6-cı nəsil qırıcı və bir çox PUA-nın hazırlanması daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FCAS   Almaniya  


Bizi "telegram"da izləyin