Ordu.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb.
Bunun müqabilində Slovakiya NATO-nun ölkəyə yerləşdirdiyi “Patriot” sistemini Ukraynaya göndərmək üçün yaşıl işıq yandıracaq.
Ötən il Slovakiya öz inventarında olan S-300 sistemini Ukraynaya göndərib. Bunun müqabilində Almaniya və Hollandiya Slovakiyaya “Patirot” sistemi yerləşdirib. İtaliya hazırda SAMP/T-nin Slovakiyaya çatdırılmasını tamamlamaq mərhələsindədir.
SAMP/T çatdırılması başa çatdıqdan sonra Slovakiyadakı “Patriot” batareyasının Almaniyaya və Ukrayna personalına təlim keçmək üçün göndərilməsi nəzərdə tutulur. Daha sonra “Patriot” mütəxəssislərlə birlikdə Ukraynaya göndəriləcək.
Sevinc Əliyeva
Ordu.az