Polşa Almaniyadan Ukraynaya "Leopard" tankları göndərmək üçün icazə istəyəcək

2023/01/1674191706.jpg
Oxunub: 5504     14:42     23 Yanvar 2023    
Polşa Almaniyadan Ukraynaya “Leopard” tankları göndərmək üçün icazə istəyəcək.

Ordu.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravietski Poznanda keçirilən mətbuat konfransında deyib.

Moravietski Almaniyaya sorğunun nə vaxt veriləcəyini açıqlamayıb. O bildirib ki, Polşa "Leopard"ları göndərməyə hazır olan ölkələrdən ibarət koalisiya qurur.

“Biz (Almaniyadan) icazə istəyəcəyik, lakin bu, ikinci dərəcəli mövzudur. Son nəticədə, bu icazəni almasaq belə, biz – bu kiçik koalisiyada Almaniya olmasa da, tanklarımızı digərləri ilə birlikdə Ukraynaya təhvil verəcəyik”, - Polşa Baş naziri əlavə edib.

O, Almaniya XİN başçısı Berbokun onun ölkəsinin Polşaya mane olmayacağı fikrinə də münasibət bildirib. O, Annalena Berbokun sözlərinin Almaniyanın hətta koalisiyada iştirak edə biləcəyinə dair "ümid qığılcımı" doğurduğunu söyləyib.

“Biz Berlin hökumətinə "Leopard"larını əlçatan etmək üçün daim təzyiq göstəririk”, - Baş nazir deyib.

Moravietskinin sözlərinə görə, Almaniyada 350-dən çox aktiv, hərbi anbarda isə təxminən 200-ə yaxın "Leopard" tankı var.

Qeyd edək ki, Ukrayna hökuməti tankların, xüsusən də Almaniya istehsalı olan "Leopard"ların Kremlin qüvvələrinə qalib gəlmək üçün həyati əhəmiyyət daşıdığını vurğulayaraq beynəlxalq tərəfdaşlara bu tankların verilməsi üçün müraciət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Almaniya  


Bizi "telegram"da izləyin