Almaniya XİN başçısı: Ukraynanı müdafiə etmək üçün əlimizdən gələni etməliyik

2022/01/57325-1642489455.jpg
Oxunub: 203     13:52     23 Yanvar 2023    
Aİ ölkələri və onların beynəlxalq tərəfdaşları Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gələcəyinə əmin olmaq üçün mümkün olan hər şeyi etməyə çalışmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Beynəlxalq ictimaiyyət olaraq Ukraynanı müdafiə etmək üçün əlimizdən gələni etməyimiz vacibdir ki, Ukrayna qalib gəlsin və yenidən sülh və azadlıqda yaşamaq hüququ qazansın”, - xarici işlər naziri Berbok bildirib.

Almaniya XİN başçısı "Leopard" tanklarının Ukraynaya ixracı ilə bağlı suala konkret şərh verməkdən imtina edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin