“Ermənistan hakimiyyəti Kreml üçün oyuncaq hökumətdir” - Qukasyan

2023/01/hgfhg-1673860535.jpg
Oxunub: 407     17:00     23 Yanvar 2023    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın vaxtlarda Ermənistanla görüşə hazır olduğunu açıqlayıb. O qeyd edib ki, dekabrın 23-də Moskvada nəzərdə tutulmuş üçtərəfli görüşdə sülh müqaviləsi ilə bağlı müzakirələr davam etdirilməli idi, lakin Ermənistan tərəfi görüşə gəlməyib.

Ordu.az xəbər verir ki, erməni politoloq Andrias Qukasyanın sözlərinə görə, Ceyhun Bayramovun açıqlamalarını Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə əlaqələndirməmək mümkün deyil.

“Biz görürük ki, Azərbaycanın Avropa İttifaqına qarşı çıxmaq imkanları məhduddur. Reaksiya birbaşa bununla bağlıdır”, - o qeyd edib.

Qukasyan bildirib ki, Moskva Ermənistan və Azərbaycanın Birlik dövlətinə qoşulması üçün şərt qoyur.

“Təbii ki, bu, Azərbaycan üçün bu vəziyyətdən son çıxış yoludur. Kobud desək, Qarabağ problemi Sovet İttifaqının ərazisindən başlayıb, indi Birlik dövləti ərazisinə qayıdaraq problemi beynəlxalq miqyasdan daxili məkana köçürmək niyyətindədirlər. Bu, Avropa Parlamentinin qətnaməsinə cavabdır”, - deyə erməni politoloq qeyd edib.

O vurğulayıb ki, Ermənistan hakimiyyəti Kreml üçün oyuncaq hökumətdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qukasyan   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin