10 min dollarlıq ödəniş| Ruslar tanınmış erməni kriminal avtoritetləri hansı yolla Qarabağdan çıxarıblar?

2022/12/temin-1672320915.jpg
Oxunub: 1721     10:32     20 Yanvar 2023    
Laçın yolunun bağlanmasından sonra məşhur erməni kriminal avtoritetlər Ara Banduryan və Alik Banduryan qardaşları Qarabağda qalıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

Qeyd olunub ki, onlar Qarabağa hansısa "sənəd məsələləri"ni həll etmək üçün gəliblər.

"Ancaq təxminən bir həftə əvvəl "blokada"dan çıxa biliblər. Rus sülhməramlılar bu işdə onlara kömək edib, onları “Ural” hərbi maşını ilə dağları, dərələri aşaraq Qarabağdan çıxarıblar və Ermənistana aparıblar. Onlar Ermənistandan Qarabağa gedən digər şəxsləri də özləri ilə gətiriblər. Qardaşların yaxın dostu və komanda yoldaşı sayılan “Tarzan” ləqəbli çarentsavanslı bir gənc də Banduryanların yanında olub. Bir neçə gün əvvəl polis onun haqqında məlumat yaymışdı ki, “Tarzan” “ətrafı” ilə yanacaqdoldurma məntəqəsinə soxulub, kameraları sındırıb, söyüş söyüb. Bundan sonra məhkəmə zalında çəkilmiş video yayılıb. Videodakı şəxs onurğa sütunu zədəsi olan həmin “Tarzan” olub. Onun vəkilinin sözlərinə görə, “Tarzan” Daxili İşlər Nazirliyinin Çarentsavan şöbəsində İrəvandan dəvət olunmuş maskalı şəxslər tərəfindən idarə rəisinin iştirakı ilə döyülüb", - deyə nəşr bildirib.

Nüfuzlu “1in.am” nəşrinin məlumatına görə isə kriminal avtoritetlər Rusiya sülhməramlıları tərəfindən 10 min dollara Ermənistana gətirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin