Zelenski: “50 tank problemi həll etməyəcək”

2023/01/1674450639.jpg
Oxunub: 354     04:50     23 Yanvar 2023    
“Qərb tankları Rusiyanın təcavüzü məsələsini tam həll edə bilməyəcək, ancaq ukraynalı müdafiəçilərə əlavə motivasiya verəcək”.

Ordu.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“Min tankı olan Rusiya ordusu bizə qarşı olanda ölkələrin verdiyi 10, 20 və ya 50 tank problemi həll etməyəcək. Onlar çox vacib bir iş görürlər - döyüşçülərimizi öz dəyərləri uğrunda mübarizəyə həvəsləndirirlər. Çünki onlar görürlər ki, bütün dünya sizinlədir”, - Zelenski bildirib.

Bundan əlavə, o, Almaniya kansleri Olaf Şoltsa və prezident Frank-Valter Ştaynmayerə köməyə görə təşəkkür edib, lakin “Leopard-2” tanklarının tədarükü ilə bağlı dəqiq cavab almaq istədiyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   Tank  


Bizi "telegram"da izləyin