Şimali Kiprin “Geçitkale” hava limanı Türkiyə qüvvələrinə verilib

2023/01/gecit-1674298683.jpg
Oxunub: 436     17:11     21 Yanvar 2023    
Şimali Kiprin “Geçitkale” hava limanı Türkiyə Sülh Qüvvələri Komandanlığına verilib.

Ordu.az xəbər verir ki, bu barədə Şimali Kiprin Nazirlər Şurası qərar imzalayıb.

Türkiyə istehsalı PUA-ların yerləşdiyi “Geçitkale” hava limanından lazım gələrsə Türkiyə döyüş təyyarələri də istifadə edə bilər.

Bu çərçivədə yaxın günlərdə Türkiyə Respublikası ilə Şimali Kipr Türk Respublikası arasında protokolun imzalanması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Geçitkale  


Bizi "telegram"da izləyin