Ordu.az xəbər verir ki, helikopterlərin tədarükü üçün müqavilə artıq imzalanıb.
Əlavə olaraq imzalanan müqaviləyə əsasən, əvvəl verilən sifarişlə birlikdə 36 helikopterin ümumi dəyərinin 304 milyon avroya çatacağı gözlənilir.
Avstriyanın ilk AW169M helikopteri ötən ilin dekabrında təhvil verilib. 2028-ci ilə qədər sifariş edilən AW169M-lərin Avstriyaya çatdırılması hədəflənir.
5 tonluq AW169M helikopterləri çeviklik və manevr qabiliyyətinə malikdir, geniş əməliyyat şəraitində təkmilləşdirilmiş idarəetmə xüsusiyyətlərini təmin edir.
AW169M qoşunların daşınması, maddi-texniki təminat, müşahidə və kəşfiyyat, xüsusi təyinatlı qüvvələrin əməliyyatları, komandanlıq və nəzarət, tibbi evakuasiya, axtarış və xilasetmə kimi müxtəlif missiyaları uğurla yerinə yetirə bilir.
Sevinc Əliyeva
Ordu.az