Ordu.az Türkiyə müdafiə sənayesi sektorunun 2023-cü ildə gözlənilən uğurlarını təqdim edir.
2022-ci ildə açıqlanan, ancaq icrası 2023-cü ilə qalan layihələr:
Orijinal “Gökbey” helikopterinin ilk tədarükləri Jandarma Baş Komandanlığına ediləcək;
Qısa uçuş-enmə zolaqları olan gəmilərdə enib qalxa bilən “Bayraktar TB3” PUA-sı ilk uçuşunu edəcək;
Hava-Hava Raketi (Göktuğ) Layihəsi çərçivəsində “Bozdoğan” və “Gökdoğan” raketlərinin ilk tədarükü həyata keçiriləcək;
“Gökdeniz” yaxın mənzilli hava hücumundan müdafiə sistemi ilk dəfə gəmilərə inteqrasiya olunacaq;
“Karaok” raketi ilk dəfə olaraq inventara daxil olacaq;
ZAHA zirehli amfibiya hücum maşınının ilk tədarükü həyata keçiriləcək;
Milli və yerli istehsal olan LNA modulu və gəmilərin yeri və marşrut məlumatlarını əldə edəcək “Kiliçsat” peyki kosmosa buraxılacaq;
ERALP erkən xəbərdarlıq radar sisteminin ilk tədarükü ediləcək;
SOM və ATMACA raketlərində istifadə ediləcək KTJ3200 turboreaktiv mühərriki təhvil veriləcək.
Həyata keçirilməyən və 2023-cü ildə də gözlənilməyən layihələr:
“Hürkuş” təlim təyyarəsinin təhvil verilməsi;
“MilGem” layihəsi çərçivəsində 6-7-8-ci gəmilər üçün müqavilələr imzalanması;
“Bayraktar TB3” PUA-nın “Anadolu” çoxməqsədli amfibiya hücum gəmisinə inteqrasiyası;
Təhlükəsizlik Baş İdarəsi üçün pilotsuz kəşfiyyat təyyarəsi layihəsinin başlanması;
M60T tanklarındakı atəş idarəetmə sistemlərinin yerli və milli “Volkan-M” sistemi ilə əvəz edilməsi;
Türk Tipi Hücum Gəmisi Layihəsi (TTHB) çərçivəsində prototip gəminin inşası prosesinin başlanması;
Helikopterlərdə istifadə ediləcək turboşaftlı mühərriklərin sınaqlarının keçirildiyi Test İnfrastrukturunun istifadəyə verilməsi;
PUA-larda İstifadə olunacaq radioelektron mübarizə sistemlərinin inkişafı-İHASOJ Layihəsinin başlanması;
Milli radioelektron mübarizə aketinin inkişafı üçün nəzərdə tutulan FEWS Layihəsinə start verilməsi;
PUA-larda istifadə olunan CATS kameralarının təkmil versiyası olan ASELFLIR-600 layihəsi üçün müqavilə imzalanması;
Quru Qoşunları üçün pilotun gecəgörmə eynək cihazının tədarükü;
Aktif-HETS Layihəsi çərçivəsində aktiv skan edə bilən lazer əsaslı helikopter maneə aşkarlama sisteminin ilk tədarükü;
Milli ekran modulunu ehtiva edən AVCI-2 dəbilqə sisteminin “Atak” helikopterlərində istifadə olunması.
2022-ci ildə həyata keçirilən layihələr:
Milli Döyüş Təyyarəsinin inkişafı və hissələrin istehsalı davam etdirildi;
Reaktiv Təlim və Yüngül Hücum Təyyarəsi “Hürjet” anqardan ayrıldı və yerüstü sınaqlara başladı;
“Boyga” PUA-ları ilk dəfə istifadəyə verildi;
STM tərəfindən hazırlanan “Togan” PUA-sı təhlükəsizlik qüvvələrinə təhvil verilib;
Son A400M təyyarəsinin təhvil verilməsi ilə 10 təyyarədən ibarət A400M parkı tamamlandı;
“Meltem-3” Layihəsi çərçivəsində 2 ədəd P-72 Dəniz Patrul Təyyarəsi təhvil verildi;
“Sungur” portativ hava hücumundan müdafiə raketlərinin ilk tədarükü həyata keçirilib;
“Atmaca” gəmi əleyhinə raketi inventara daxil olub;
6x6 təkər formullu “Pars” minadan qorunan vasitələrin ilk tədarükü edildi;
Modernləşdirilmiş və inteqrasiya edilmiş insansız silah qülləsi daşıyan ilk zirehli döyüş maşını təhvil verilib;
Yeni Sualtı Qayıq Layihəsində 2-ci sualtı qayıq hovuza buraxılıb;
MERT və MERTER Portativ radioelektron münarizə sistemləri ilk dəfə istifadəyə verilib;
STM şirkəti PUA-ların GPS olmayan ərazilərdə işləməsini təmin edən KERKES layihəsini təqdim etdi;
“TCG Ufuk” milli kəşfiyyat gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilib;
Milli İstehsal İnteqrasiya Döyüş İdarəetmə Sistemi (MÜREN) inventarlaşdırıldı;
“Anadolu” amfibiya hücum gəmisinə aid ARAS-2023 sonarı inventara daxil edilib;
Mini/mikro PUA-ların məhv edilməsi üçün hazırlanmış 40 mm çaplı “Şahin” fiziki məhv sistemi ilk dəfə inventarlaşdırılıb;
ROKETSAN-ın sahədə özünü doğrultmuş MAM ailəsindən əldə edilən biliklərlə hazırlanmış MAM-T inventarlaşdırılıb;
“Vuran” zirehli maşını Dəniz Piyadaları Korpusunun silahlanmasına daxil olub;
TÜBİTAK SAGE tərəfindən hazırlanmış HGK-82 adlı yerli və milli tuşlama dəsti inventara daxil olub;
“Interact” tərəfindən hazırlanmış “Passive Exoskeleton” sisteminin prototipləri təhlükəsizlik qüvvələrinə çatdırılıb;
TÜBİTAK SAGE tərəfindən hazırlanan Türkiyənin ilk sualtı sınaq infrastrukturu olan DATA istifadəyə verilverilib;
Sualtı qayıqların tikintisi və modernləşdirilməsi ehtiyaclarını ödəmək üçün kritik əhəmiyyətə malik 3000 Tonluq Sualtı Dok suya salınıb;
MKE tərəfindən hazırlanmış və istehsal edilən dəyişkən çaplı KN-12 snayper tüfəngi Türkiyə ordusunun inventarına daxil olub
“Hisar O+” HHM sistemi ilk RF (Radio Tezlik) Axtarış Başlıqlı Sınaq Raketi ilə hədəfi məhv edib;
Türkiyənin eşalonlu hava hücumundan müdafiəsində mühüm addım olan “Hisar A+” və “HİSAR O+” hava hücumundan müdafiə raket sistemləri bütün elementləri ilə birlikdə Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.
2023-cü il hədəfləri:
Milli Döyüş Təyyarələri anqardan ayrılaraq ilk uçuşunu həyata keçirəcək;
“Hürjet” reaktiv təlim və yüngül hücum təyyarələri ilk uçuşunu edəcək;
“Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsinin müxtəlif uçuş manevri sınaqları və sursat inteqrasiyası həyata keçiriləcək;
Avionik modernləşdirilməsi tamamlanacaq ilk F-16-lar təhvil veriləcək;
F-16-lar daxili-milli radioelektron mübarizə podunu və radioelektron dəstək podunu birləşdirərək vəzifələrini yerinə yetirəcəklər;
“Akıncı” PUA-ya inteqrasiya ediləcək AESA radarı daha sonra F-16 döyüş təyyarələrində istifadə ediləcək;
“İmece” müşahidə peyki kosmosa buraxılacaq;
Dünyanın ilk PUA gəmisi olacaq “Anadolu” gəmisi xidmətə daxil olacaq;
“DERYA” dəniz təchizatı döyüş dəstək gəmisi istifadəyə veriləcək;
“İ” sinifli freqatlardan birincisi olan “İstanbul” istifadəyə veriləcək;
Yeni tipli sualtı qayıqlardan birincisi olan “Piri Reis” istismara veriləcək;
Yerli istehsal edilən “Vuran” zirehli maşınlarının ilk tədarükü həyata keçiriləcək;
“Siper” uzun mənzilli hava hücumundan müdafiə və raket sistemi “istifadəyə veriləcək.
Sevinc Əliyeva
Ordu.az