Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, yeri gəlmişkən, prokurorluq vəsatətləri Ermənistan parlamentinə göndərib və dərhal xəbər yayıb, parlament rəhbərliyi isə həmin vəsatətlər barədə deputata kifayət qədər gec, xəbər artıq yayılanda məlumat verib.
““Hayastan” blokundan bizə bildirdilər ki, ilin sonunda hakimiyyət bununla bağlı nəinki mətbuata sızıntı təşkil edib, hətta bəziləri Ohanyana xəbərdarlıq edib, lakin o buna inanmayıb. Hər halda Nikol Paşinyan ən böyük müxalifət blokunun “başını kəsmək”lə özünə qarşı mübarizəni azaldacağına inanır. Ola bilsin ki, buna Ohanyanın sonuncu yanğın hadisəsinə görə bütün hakim komandanın istefa verməli olduğuna dair ötəngünkü bəyanatı da töhfə verib. O da ola bilər ki, məqsəd insanların diqqətini baş verən yanğın hadisəsindən “keçmiş hakimiyyət nümayəndələrinin talanına” yönəltməkdir. Hakim partiyaya gəlincə, partiya üzvləri də vəsatətdən təəccübləniblər və ötən gün onlara necə səs verməklə bağlı təlimat verilməyib. Bu məsələ fevralın 7-də müzakirə olunacaq, yəni vəsatət 16-17 gün əvvəl göndərilib, halbuki bir gün əvvəl göndərilə bilərdi. Onu da qeyd edək ki, “Hayastan” blokunun 22 üzvünün mandatdan məhrum edilməsi ilə bağlı parlament şurasının iclası yanvarın 23-də bazar ertəsi keçiriləcək. Ola bilsin ki, həmin gün onların mandatdan məhrum edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciətlə bağlı qərar qəbul etsinlər, orada Seda Səfəryan-Vahe Qriqoryan və digərləri məsələni istədikləri şəkildə həll etsinlər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az