Ordu.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar yanvarın 20-də Almaniyanın Ramşteyn hərbi hava bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasından sonra deyib.
Akar bildirib ki, Ukrayna-Rusiya arasında başlayan müharibənin ilk günündən onun ölkəsi Montrö konvensiyasına uyğun olaraq tərəflərin hərbi gəmilərini boğaza buraxmayıb.
"Əgər burada sabitlik varsa, bunun əsas səbəbi Türkiyənin həyata keçirdiyi siyasətdir. Prezidentimizin rəhbərlər səviyyəsində keçirdiyi görüşlərlə bir tərəfdən əsirlərin mübadiləsini, digər tərəfdən isə Ukrayna limanlarında gözləyən taxılın ehtiyacı olanlara çatdırılmasını təmin etdik. İndiyədək Ukrayna limanlarından 18 milyon ton taxıl daşınıb. Biz görüşdə bunların çox dəyərli olduğunu və Prezidentimizin Putin və Zelenski ilə görüşlərinin bu işlərin həyata keçirilməsində vacib rol oynadığını bildirdik", türkiyəli nazir deyib.
Akar Türkiyənin səylərinin əhəmiyyətini və dəyərini bir daha vurğulamaq fürsəti əldə etdiyini qeyd edib:
"İclasda iştirak edən hörmətli NATO-nun baş katibi Stoltenberq də NATO çərçivəsində hərəkətlərimizin əhəmiyyətini təsdiqləyir".
Türkiyənin Ukrayna-Rusiya müharibəsində humanitar baxımdan edilməsi lazım olan hər şeyi etdiyini vurğulayan Akar, bundan sonra da bu istiqamətdə işlərə davam edəcəklərini bildirib.
Ordu.az