Mirzoyan: "Azərbaycanla Praqa bəyanatı əsasında sülh müqaviləsi imzalamağa hazırıq"

2022/12/63909-1670421312.jpg
Oxunub: 412     17:20     18 Yanvar 2023    
Biz aydın şəkildə bildirdik ki, Praqa bəyanatı əsasında Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırıq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə “hökumət saatı”nda bildirib.

Qeyd edək ki, ötən il oktyabr ayında Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla dördtərəfli danışıqların yekununda bəyanat qəbul olunub.

Praqa bəyanatı ilə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin