Ordu.az xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ Çini qıcıqlandırmaq üçün yeni imkanlar axtarır: “Çin yaxşı başa düşür ki, Qərbin “indi Rusiya, sonra Çin” doktrinal təlimatları zarafat deyil. Qərb əlindəki imkanlar çərçivəsində buna can atacaq. Məsələn, onlar artıq Tayvanla bağlı Çin və beynəlxalq hüquq üçün qətiyyən qəbuledilməz olan mövqelərini açıqlayıb”.
Ordu.az