Mirzoyan ATƏT-in Baş katibi ilə İrəvanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin normallaşmasını müzakirə edib

2023/01/photo-1674024149.jpg
Oxunub: 200     10:41     18 Yanvar 2023    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada ATƏT-in Baş katibi Helqa Şmidtlə görüşdə İrəvanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin normallaşması məsələsini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

A.Mirzoyan və H.Şmidt ikitərəfli və regional məsələlər barədə danışıblar.

Ermənistanın XİN başçısı vurğulayıb ki, ATƏT öz strukturları vasitəsilə regionda sülhün əldə edilməsinə və qorunmasına töhfə verməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ATƏT  


Bizi "telegram"da izləyin