Britaniya XİN başçısı “Challenger-2” tanklarının Rusiya-Ukrayna müharibəsindəki rolundan danışıb

2023/01/dfgdf-1673798775.jpg
Oxunub: 270     09:11     18 Yanvar 2023    
Böyük Britaniyanın xarici işlər naziri Ukraynaya “Challenger-2” tanklarının tədarükünə haqq qazandırıb.

Ordu.az xəbər verir ki, bu bardə Ceyms Kleverli Vaşinqtonda bildirib.

O bildirib ki, bu yardım müharibəni tez bir zamanda başa çatdırmaq üçün nəzərdə tutulub.

“Bu müharibə artıq uzun müddətdir ki, davam edir. İndi isə onu bir nəticəyə çatdırmağın vaxtıdır”, – deyə Ceyms Kleverli bildirib.

O, Böyük Britaniyanın ukraynalılara tanklar göndərməsinin vacib olduğunu deyib.

Onun sözlərinə görə bu Ukraynanaın şərq və qərb istiqamətində daha güclü müqavimət göstərməsinə şərait yaradacaq.

Qeyd edək ki, Ceyms Kleverli hazırda ABŞ və Kanadaya rəsmi səfərdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin