Ordu.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Riçard Marles bildirib.
Onun sözlərinə görə, yeni helikopterlərin alınmasına 2,8 milyard Avstraliya dollarından çox (təxminən 2 milyard ABŞ dolları) xərclənməsi planlaşdırılır.
Nazir əlavə edib ki, Avstraliya Hərbi Hava Qüvvələri uzun illərdir ki, Taipan helikopterlərinin istismarı və texniki xidməti sahəsində ciddi çətinliklərlə üzləşib:
“Biz sadəcə olaraq bu helikopterərdə lazım olan uçuş saatlarını ala bilmirik, halbuki Black Hawk helikopterləri Hərbi Hava Qüvvələrimizə tələb olunanı verəcək”.
Ordu.az