Niderland Ukraynaya “Patriot” ZRK-larını göndərməyi nəzərdən keçirir

2021/07/North-1626504141.jpg
Oxunub: 228     22:15     17 Yanvar 2023    
Niderland Ukraynaya “Patriot” zenit-raket komplekslərini göndərməyi, ABŞ və Almaniyanın Kiyevi hava hücumundan müdafiə ilə dəstəkləmək səylərinə qoşulmağı nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Niderlandın Müdafiə Nazirliyinin sözçüsü Saşa Luhoff bildirib ki, Amsterdam Ukraynanın hərbi dəstəyini daim nəzərdən keçirir.

Bundan əvvəl Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Patriot” zenit-raket komplekslərinin yazda döyüşlərə cəlb olunacağını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Ukrayna   Patriot  


Bizi "telegram"da izləyin