Azərbaycanın Ermənistanın strateji müttəfiqi olan Rusiyadan tutmuş Türkiyə, İsrailə qədər ən fərqli istiqamətlərdə müttəfiqlik və əməkdaşlıq münasibətləri var. Buna baxmayaraq, İtaliya Avropa istiqamətinin mühüm ölkələrindən biridir, Azərbaycanın əməkdaşlığı daha çox siyasi-diplomatik çağırışdır.
Türkiyə və Azərbaycanla münasibətlərdə ciddi marağı olan İtaliya məsələsində Ermənistanın nə edə biləcəyini demək kifayət qədər çətindir, çünki Türkiyədən keçməklə Avropaya gedən qaz kəmərləri İtaliyaya da gedir. Roma hazırda Türkiyədən Avropaya axan qazın maksimum həcminin İtaliyadan keçməsi üçün Rusiya-Türkiyə qaz kəməri proqramında iştirak etməkdə böyük marağa malikdir.
Bütün bunlara İtaliyanın birbaşa enerji ehtiyacını da əlavə etmək lazımdır. Beləliklə, Roma bu yolla öz Avropa təsirini artırmaq imkanını görür və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi bu imkanı daha da reallaşdırmaq məqsədi daşıyır.
Burada Ermənistan üçün reallıqları dəyişmək çox çətindir. Amma son nəticədə bu, Ermənistanın Avropa istiqamətində əsas diplomatik problemdir. Fransa prezidenti Makronunun Avropa suverenliyi ideyası ilə Fransa-Almaniya-İtaliya üçbucağını formalaşdırmağa çalışdığını nəzərə alsaq, bu vəziyyət bəlkə də erməni-fransız probleminə çevrilə bilər.
Asif Cəfərov
Ordu.az