BMT Təhlükəsizlik Şurası sədrinin təşəbbüsü ilə irəli sürülən və təqdim edilən bəyanat layihəsinin uğusuzluğa düçar olmasından sonra İrəvan ATƏT-ə üz tutub. ATƏT Şurasında da Ermənistanı eyni aqibət gözləyir?
Bu işdə problem heç də BMT Təhlükəsizlik Şurasının bəyanatının uğursuzluğuna nəyin və ya kimin səbəb olması deyil. Üstəlik, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri elə güc mərkəzləridir ki, istəsələr, hətta BMT Təhlükəsizlik Şurasının bəyanatı olmadan da Azərbaycana təsir göstərə bilərlər. Lakin belə bir istək yoxdur və ola da bilməz, çünki Azərbaycan elə xarici siyasət yürüdür ki, bütün dövlətlərlə yaxşı, strateji əlaqələrə malikdir.
Belə bir şəraitdə ATƏT-in xüsusi şurası ilə bağlı Ermənistanda hər hansı bir ümidin yayılması mənasızdır. Heç bir şübhə yoxdur ki, İrəvan görünən və nəzərəçarpacaq nəticə olmasa belə, iclasın keçirilməsini qələbə kimi təqdim edəcək. Lakin bu təbliğat ancaq daxili auditoriya üçün keçərli ola bilər.
Aqil Məmmədov
Ordu.az