Türkiyənin “Anadolu” agentliyi öz diplomatik mənbəsinə istinadən xəbər yayıb ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin növbəti, beşinci toplantısı üçüncü ölkədə deyil, ya Türkiyədə, ya da Ermənistanda keçiriləcək. Türkiyə mütəmadi olaraq görüşlərin üçüncü ölkədə yox, Ermənistanda və ya Türkiyədə keçirilməsinin vacibliyini vurğulayır. İrəvan isə təkidlə ifadə edir ki, bu praktikya keçmək üçün normallaşma prosesinin praktiki nəticələri lazımdır.
2022-ci il iyulun 1-də Vyanada baş tutan dördüncü görüşdən əvvəl iki konkret razılaşma elan edilib: birbaşa hava yüklərinin bərpası və sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması. Bir neçə gün əvvəl məlumat yayılıb ki ki, Ankara birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırılması barədə məlumat verib. Ermənistan yaxın vaxtlarda digər sazişin - üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasının həyata keçiriləcəyi gözləntisini açıqlayıb.
Ötən gün mətbuatda erməni saytlarına Türkiyə ərazisindən girişin bloklanmasının da aradan qaldırıldığı barədə məlumat yayılmışdı. Mart ayında İrəvanda 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə turniri çərçivəsində Ermənistan-Türkiyə oyunu keçiriləcək və iki komandanın seçmə turnirinə bu matçla start veriləcək. Ermənistan və Türkiyə eyni qrupda görünəndə çoxlarının, demək olar ki, hamının ilk reaksiyası idmandan çox diplomatik-siyasi müstəvidə oldu.
Hamı 2008-ci ilin futbol diplomatiyasını xatırladı və onun yenidən aktivləşdirilməsindən danışdı. Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin beşinci görüşü İrəvanda təşkil oluna bilərmi və ya məsələn, Ermənistanın nümayəndəsi Ruben Rubinyan türkiyəli həmkarını İrəvana görüşə, həm də futbola baxmağa dəvət edə bilərmi? 2008-ci ildə Serj Sarkisyan Türkiyə prezidenti Abdullah Gülü dəvət etmişdi, lakin o zaman həm Türkiyədə, həm də regionda siyasi vəziyyət tamam başqa idi. Bu gün isə mənzərə tamamilə fərqlidir. Ona görə də, Ermənistan-Türkiyə futbol matçının xüsusi nümayəndələrin İrəvanda görüşü üçün fürsət olması ehtimalı daha yüksəkdir. Görünür, məsələ ən azı müzakirə olunur və ya nəzərdən keçirilir.
Asif Cəfərov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Türkiyə