“Fransa nöqteyi-nəzərindən Qarabağ məsələsinin sülh yolu ilə nizamlanması üçün hansı status nəzərdə tutulur?” sualını cavablandırarkən Yael Bron-Pivet deyib: “Qarabağın regionda hansı statusa malik olacağına Fransa qərar verməməlidir. Bizim mövqeyimiz çox aydındır, həmin mövqeyə görə biz bu gün “Qarabağın müstəqilliyi”ni tanımırıq və status Fransa tərəfindən deyil, beynəlxalq hüquq çərçivəsində, müxtəlif xalqlar və xüsusən də münaqişənin müxtəlif tərəfləri tərəfindən müəyyən edilməlidir”.
Ordu.az xəbər verir ki, erməni politoloq Andrias Qukasyanın sözlərinə görə, Fransa Milli Assambleyası sədrinin Qarabağla bağlı bəyanatının erməni təbliğat sahəsində mənfi nəticələri olacaq.
“Bunu barmaq sarğısına çevirəcəklər və bugünkü hakimiyyətin tutduğu mövqeyə haqq qazandırmağa çalışacaqlar. Onların belə bəyanatlar verməsinin səbəbini diplomatiya ilə əlaqələndirirəm. Real siyasətə gəlincə, Fransanın bütün siyasi qüvvələrinin mövqeyi müvafiq olaraq Senat və Milli Assambleyanın qəbul etdiyi birgə qətnamələrdə ifadə olunur”, - deyə o qeyd edib.
Qukasyan bildirib ki, Fransa Qarabağ məsələsini Azərbaycan və Ermənistana təsir etmək üçün diplomatiyasında alət kimi saxlayır.
“Təbii ki, Fransa Milli Assambleyası sədrinin səfərində məqsəd Ermənistana gəlib Fransanın Qarabağı (qondarma qurum – red.) tanımadığını söyləmək deyildi. Mən bunu Laçın yolunun bağlanması ilə əlaqələndirirəm”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az