Zelenski Kanadadan "Leopard 2" tankları istəməyi planlaşdırır

2022/10/09f1e-1666261698.jpg
Oxunub: 235     09:36     16 Yanvar 2023    
Ukrayna prezidenti Vladimir Zelenski Kanadanın Baş naziri Castin Trüdodan Kiyevə “Leopard 2” tankları istəməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “The Globe and Mail” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, tankların verilməsi üçün Almaniya ilə texnikanın təkrar ixrac edilməsi məsələsi həll edilməlidir və zirehli texnikanın ötürülməsində ilk addımı Almaniya atmalıdır, çünki onlar texnologiyanın sahibidirlər.

Podolyak həmçinin ümid etdiyini bildirib ki, Almaniya kansleri Olaf Şolts tezliklə tankların tədarükü üçün lazımi icazəni verəcək.

Məlumatda o da əlavə olunub ki, Polşa və Finlandiya artıq Ukraynaya bir sıra belə tanklar göndərməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, 2007-ci ildə Kanada Almaniyadan 82 ədəd “Leopard 2” tankı alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Almaniya  


Bizi "telegram"da izləyin