"Yonhap": Makron Koreya Respublikasına səfər etməyi planlaşdırır

2022/11/62a9b-1668877356.jpg
Oxunub: 255     09:04     15 Yanvar 2023    
Fransa prezidenti Emmanuel Makron ən qısa zamanda Koreya Respublikasına səfər etmək və həmkarı Yun Seok-yeol ilə görüşmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Məlumat görə, bunu yanvarın 13-də Fransa liderinə etimadnaməsini təqdimetmə mərasimindən sonra Cənubi Koreyanın Parisdəki səfiri Çoi Çje Çul bildirib.

"Prezident Makron prezident Yoon Seok-yeola xüsusi arzular diləyərək, Koreya Respublikasına mümkün qədər tez səfər etmək və ikitərəfli münasibətlərin inkişafını müzakirə etmək imkanı əldə etmək istədiyini bildirib", - agentlik onun sözlərini sitat gətirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Koreya  


Bizi "telegram"da izləyin